Qaradağda qanlı dava: İki qardaş bıçaqlandı

Qaradağda qanlı dava: İki qardaş bıçaqlandı
SOSİAL
17:36 13.04.2025
314
Qaradağ rayonu, Qızıldaş qəsəbəsində iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib.

Qeyd olunub ki, paytaxtın Qaradağ rayonunda iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR