Qaradağdakı palçıq vulkanında püskürmə baş verib

Qaradağdakı palçıq vulkanında püskürmə baş verib
SOSİAL
10:32 11.10.2025
278
11 oktyabr tarixində saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.
OXŞAR XƏBƏRLƏR