'Qaradağlı soyqırımı şahidlərin dili ilə' kitabının təqdimatı olacaq

16:44 12.02.2013
748

“Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabı və “Ruhum Qarabağlıdır” layihəsinin təqdimatı olacaq.

AZXEBER.COM-un məlumatına görə, kitabda Qaradağlı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocavənd rayon Qaradağlı kənd sakinlərinin acı xatirələri yer alıb.Kitab millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanıb.Kitabda soyqırımı dəhşətlərini, ümumilikdə erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən Qaradağlı sakinlərinin siyahıları verilib.Kitabın baş məsləhətçisi Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov və millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı, redaktoru isə Əkbər Qoşalıdır.“Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabının Azərbaycan dilində olan versiyası Dağlıq Qarabağın Azərbaycanlı İcmasında soyqırımın ildönümü ərəfəsində fevralın 13-də ictimaiyyətə təqdim olunacaq. Bundan sonra xüsusilə xaricdə yaşayan soydaşlarımız arasında, Azərbaycan diasporunun fəalları arasında geniş yayılmaq üçün xarici ölkələrə göndəriləcək. Eyni zamanda Gürcüstanda, Cənubi Azərbaycanda (İran), Dağıstanda (Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək.Yaxın zamanlarda kitabın ingilis dilli versiyası da işıq üzü görəcək.Həmin gün eyni zamanda “Ruhum Qarabağlıdır” layihəsinin də təqdimatı olacaq. Millət vəkili Q.Paşayevanın “Ruhum Qarabağlıdır ” şeirlər silsiləsi əsasında Xocavənd rayon ictimaiyyəti tərəfindən hazırlanmış sənədli filmin diskləri 1000 nüsxə ilə çap olunaraq Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, Gürcüstanda, Cənubi Azərbaycanda (İran), Dağıstanda (Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək.Qeyd edək ki, sənədli filmin ideya müəllifi və baş məsləhətçisi Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, filmin ssenari müəllifi tanınmış jurnalist-publisist Bəxtiyar Qaracadır. Filmdə rayon sakinləri çəkilib, peşəkar aktyorların, sənətkarların xidmətindən istifadə olunmayıb. Filmin orijinallığı nəzərə çarpan simaların müharibənin, qaçqın-köçkün həyatının ağrı-acılarını yaşayan xocavəndlilərin olmasındadır.

OXŞAR XƏBƏRLƏR