“Qaradərili övladıma səhv diaqnoz qoyulur” - Ancelina Coli səhiyyəni tənqid etdi

“Qaradərili övladıma səhv diaqnoz qoyulur” - Ancelina Coli səhiyyəni tənqid etdi
DÜNYA
19:53 13.07.2023
313
Ancelina Coli dünya səhiyyəsində irqi ayrıseçkiliyin olduğunu deyib.
 
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, 48 yaşlı məşhur aktrisa Ancelina Coli "American Journal of Nursing” jurnalına müsahibəsində dünya səhiyyəsindəki irqi ayrıseçkiliyi tənqid edib.

O bildirib ki, dəfələrlə qaradərili övladına səhv diaqnoz qoyaraq onun sağlamlığını riskə atıblar. 

Efiopiyalı qızım Zaharanı tibbi prosedur üçün xəstəxanaya aparanda problemlərlə qarşılaşdığını söyləyib.

Qeyd edək ki, məşhur aktrisanın 6 uşağı var, onlardan üçü övladlığa götürülüb.

Colinin böyük oğlu Maddoksu kamboçyalı, qızı Zahara efiopiyalı, oğlu Pax isə vyetnamlıdır.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR