Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama

Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama
SOSİAL
15:02 13.08.2026
609
Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. 

AZXEBER.COM xəbər verir ki, Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib.

Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində "qarayara xəstəliyi” diaqnozu təsdiq edilib. Hazırda təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb edilmiş və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılıb.

Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilmişdir. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir.  Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanmış və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilmişdir.
Qeyd etmək lazımdır ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın hər yerində rast gəlinən haldır.
Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.  

Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur. Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.

Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
19:28 19.10.2026
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
19:16 19.10.2026
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
“Sabah” – “Barselona” matçının biletləri satışda
18:56 19.10.2026
“Sabah” – “Barselona” matçının biletləri satışda
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
18:42 19.10.2026
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR