Qardaş bacısını “ebay”-da satışa çıxardı - FOTOLAR

DÜNYA
01:14 30.10.2014
3000

Daha doğrusu o, dünyanın ən populyar onlayn-hərracı eBay-da "Kim bacımla tanış olub onunla axşamı birlikdə keçirmək istəyər?" elanını yerləşdirib.

28 yaşlı Kayl daha sonra yazıb:

“Bacımla tanış olub, onunla axşamı birlikdə keçirmək haqqını satın almaq istəyən kişi sərsəm, qaba, kobud, habelə evli olmamalıdır. Bu tanışlıq bir gecəlik deyil”.Kayl bacısına ilkin qiymət qismində 50 funt-sterlinq müəyyənləşdirib.

Semmi isə deyir:“Qardaşımın elanını ciddi qəbul etmirəm. O, illərdir ki, mənə belə elan verəcəyini deyirdi. İndiyədək eşqdə bəxtim gətirməyib və hələ də ailə qurmamışam. Yəqin qardaşım mənə yardım etmək istəyir”.

Kaylın atası, 54 yaşlı Saymon və anası, 52 yaşlı Natali bu elanı biabırçılıq saymırlar.“Oğlum bacısını ərə vermək istəyir. O, Semmi üçün çalışır”, - Natali deyib.//milli.az

OXŞAR XƏBƏRLƏR