Xalq arasında Beta mikrobları olaraq da bilinən Strep A bakterial infeksiyalarına Türkiyədə son aylarda daha tez rast gəlinir və ekspertlər ölkənin genetik meyl baxımından orta risk qrupunda olduğunu bildiriblər.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər məktəb və körpələr evi kimi izdihamlı mühitlərin virusların ən çox yayıldığı yerlər olduğuna dair xəbərdarlıq edib.
Türkiyədə son illərdə tezliyi artan və gec diaqnoz qoyulduqda insan itkisinə səbəb olan Strep A bakterial infeksiyası uşaqlarda ən çox faringit (boğaz iltihabı) kimi özünü göstərir. Uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinən Strep A ən çox 5-15 yaş arası uşaqları təsir etsə də, hər yaşda xəstəliyə səbəb ola bilər.
Ən çox görülən şikayətin boğaz ağrısı olduğunu ifadə edən Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Selami Süleymanoğlu açıqlamasında bu virusun simptomlarını açıqlayıb:
"Boğaz ağrısı ilə birlikdə qızdırma, boyunda şişlik də virusun simptomlarıdır. Boğaz ağrısı uşaqlarda daha az rast gəlindiyi halda; Qızdırma, öskürək, burun axması, gözlərin qızarması, iştahsızlıq daha çox diqqət çəkən şikayətlərdir. Bu səbəbdən xəstəliyin aşkarlanmasında şikayətlərin dinlənilməsi və araşdırılması ilə yanaşı bəzi testlərin də aparılması lazım ola bilər”.
Ayşən