"Qardaşım öz ərizəsi ilə işdən çıxıb" - Mənzurə danışdı

"Qardaşım öz ərizəsi ilə işdən çıxıb" - Mənzurə danışdı
MAQAZİN
15:42 16.01.2026
483
Xəbər verdiyimiz kimi, müğənni Mənzurə Musayevanın qardaşı, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni ilk dəfə məsələyə münasibət bildirib.
 
O, "Qonaqcanlı" verilişində qardaşının yenə də həmin xəstəxanada çalışdığını deyib:
 
"Qardaşım baş həkim idi. Pandemiyadan sonra "Tərəqqi" medalı ilə təltif olunmuşdu. Hər bir həkim kimi o da pandemiyada çox əziyyət çəkmişdi. İndi yorulduğunu dedi və öz ərizəsi ilə işdən çıxdı.Hətta onun şöbə müdiri kimi işdə qalmasını istədilər, özü qalmadı. O işdən çıxmayıb, yenə də həmin xəstəxanada həkim kimi çalışır. Sadəcə olaraq vəzifədən gedib. Çox yaxşı uroloqdur".
 
Aysel
OXŞAR XƏBƏRLƏR