“Qardaşımın arvadına göndərmişdim” - Yalan məlumat yayın qadın - VİDEO

SOSİAL
17:32 26.03.2020
3853
Bir neçə gündür Şəmkirdə "Koronavirus” xəstəliyinin yayılması ilə bağlı vətəndaşlar arasında çaşqınlıq yaranıb. Həqiqətə uyğun olmayan səs yazısı ilə əhalini qorxuya salan şəxsi Şəmkir polisi ifşa edib.

"What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə "Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu barədə səs yazısı yayıb. Gürcüstanın Marneuli rayonundan gələn bir ailənin 7 üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşları da virusa yoluxdurması barədə uydurma məlumatların yer aldığı audio materialda heç bir dövlət qurumuna, rəsmi məlumatlara istinad edilmir. Reallığı əks etdirməyən bu hal isə cəmiyyətdə çaşqınlıq yaradıb. Sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar aparılıb. Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 41 yaşlı Elmira Məmmədova olması müəyyən edilib.

Musa Hüseynov baş təhqiqatçı: Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 23 yanvar 1979-cu il təvəllüdlü Məmmədova Elmira Məmməd qızı olduğu müəyən edilib. Elmira Məmmədova rayon polis şöbəsinə dəvət olunaraq onunla proflaktiki söhbətlər aparılıb.

Saxlanılan qadın səs yazısının bu qədər ajiotaj yaradcağını düşünmədiyini və bu üzdən Azərbaycan xalqından üzr istədiyini bildirib.

Elmira Məmmədova saxlanılan şəxs: Düzdür bilmədən etmişəm. Amma yenə də bu səhvdir. Narahat etdiyim insanlardan üzr istəyirəm. Həqiqətən də bu bilərəkdən olmayıb. Sadacə atamı və ailəmi qorumaq üçün bu addımı atmışam. Tək bir insan ailə üzvümüzə qardaşımın yoldaşına göndərmişəm. Yaratdığım narahatçılığa görə Azərbaycan xalqından üzr istəyirəm.

Elmira Məmmədovanın barəsində yerli məhkəmə tərəfindən inzibati həbs qətiimkan tədbiri seçilib.
 

OXŞAR XƏBƏRLƏR