Qardaşından danışan Vüsalə canlı efirdə ağladı - VİDEO

MAQAZİN
15:07 19.11.2021
992
Qardaşından danışan Vüsalə Əlizadə canlı efirdə göz yaşına boğulub.

AZXEBER.COM xəbər verir ki, ATV televiziyasında yayımlanan "7 canlı” verlişinin aparıcısı Vüsalə Əlizadə canlı efir zamanı qəzada dünyasını dəyişən qardaşı üçün göz yaşlarını saxlaya bilməyib.

Verlişin qonağı İbrahim Borçalı ilə danışığı zamanı aparıcı göz yaşlarına boğulub.
 
İbrahim Borçalının da oğlu avtomobil qəzasında öldüyü üçün Vüsalə onların taleyini bir-birinə bənzədərək "O acını çox gözəl bilirəm və təsəvvür edirəm ki, Allah onları bizdən uzaqlaşdırdı ki, biz olacaqlara öyrəşə bilək. Səhər yuxudan oyananda elə bilirəm ki, işdədir, yenidən gələcək və günün bir saatında ondan xəbər ala biləcəyəm. Onlar bu hadisəni bizdən uzaqda yaşadılar. Bu da Allahın məsləhətidir ki, aranı biraz soyuqlaşdıraraq, məsafəni uizadaraq yaşanacaqlara insanı hazırlayır.” – deyə bildirib.
 
Həmin görüntüləri təqdim edirik:
 
Ayşən Mirzəyeva
 

OXŞAR XƏBƏRLƏR