Qolf sevgisi ilə tanınan Qaret Beyl dünya çempionatı öncəsi pis xəbər alıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Uels Milli Komandası oyunçulara turnir zamanı digər idman növləri ilə məşğul olmağı qadağan edəcək.
Belə ki, Qaret Beyl tez-tez Real Madriddəki zəif performansına görə tənqid olunurdu və onun qolf oynamağa sərf etdiyi vaxtın bu zəif performansın mərkəzində olduğu deyilib.Uels Milli Komandasının baş məşqçisi Robert Page Qətərdə 1 gün qolf oynamağı planlaşdırdıqlarını, lakin bunu ləğv etdiklərini söyləyib.
"Orada kifayət qədər vaxtımız olmayacaq. Artıq saat 16:00-da hava qaraldı və hər 4 gündən bir oyunumuz var. Qolf oynamaq mümkün deyil". dedi. Bu qadağa Qaret Beyl üçün ilk deyil, ulduz futbolçu 2021-ci ildə keçirilən AVRO 2020-də qol vura bilməyib".
Mikayıl Mirzəzadə