İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın futbolçusu Qaret Beyli cəzalandıra bilər.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, La Liqa qurumdan uelsli oyunçunun ölkə çempionatında "Atletiko" ilə matçda (3:1) təhqiredici hərəkətinin araşdırılmasını xahiş edib.
Bildilir ki, komitə Beylin jestinin "Atletiko" azarkeşlərinə etdiyi qənaətinə gəlsə, o zaman oyunçuyu 4-12 oyunluq cəzaladırıla bilər. Əgər bu jestin rəqib komandanın azarkeşlərinə ünvanlanmadığı hesab edilsə, onun cəzası 1-3 oyun ola bilər.
Xatırladaq ki, qarşılaşmanın hakimi Martines Munuera protokolda Beylin bu hərəkətini qeyd etməyib.