Qaribaşvili hakim partiyanın sədri oldu

Qaribaşvili hakim partiyanın sədri oldu
DÜNYA
19:02 01.02.2024
224
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili ölkənin hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının sədri seçilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hakim partiyanın Tbilisidə keçirilən 8-ci qurultayında qərar qəbul edilib. Sözügedən qərar yekdilliklə qəbul olunub. 

Xatırladaq ki, Qaribaşvili yanvarın 29-u Baş nazir vəsifəsindən istefa verdiyini açıqlayıb. O bu vəzifəni iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib.
OXŞAR XƏBƏRLƏR