Qarlı hava şəraiti internet xətlərində problem yaradıb? - AÇIQLAMA

Qarlı hava şəraiti internet xətlərində problem yaradıb? - AÇIQLAMA
SOSİAL
16:08 10.01.2023
125
Son iki gün ərzində müşahidə edilən qarlı hava şəraitində bəzi ərazilərdə internet problemi yaşanıb. Vətəndaşlar bu barədə sosial şəbəkələrdə də paylaşım ediblər.

Məlumatlara görə, internetlə bağlı problem bəzi bölgələrlə yanaşı, Sumqayıt şəhəri və Abşeronun bir hissəsində müşahidə edilib.

AZXEBER.COM xəbər verir ki, oxu.az iddia edilən problemin lokal, yoxsa ümumi olduğunu dəqiqləşdirmək üçün aidiyyəti qurumlara sorğu ünvanlayıb.

Məsələ ilə bağlı "Aztelekom” MMC və "Bakı Telefon Rabitəsi” MMC-dən verilən cavabda qeyd edilib ki, müvafiq olaraq sabit telefon və internetin işində çətinliyin yaranması ilə bağlı kütləvi müraciət daxil olmayıb.

"Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, "Aztelekom” MMC abunəçilərindən 170, "Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 Çağrı mərkəzlərinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq”, - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR