Qarlı havada 179 nəfər xəsarət alıb

SOSİAL
10:17 24.02.2025
184
Qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 179 nəfərin müraciəti qeydə alınıb. 

Bu barədə AZXEBER.COM-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, onlardan 89-u qadın, 90-ı kişi olub. 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub.
OXŞAR XƏBƏRLƏR