Qarpızdan zəhərlənən qadın öldü

Qarpızdan zəhərlənən qadın öldü
SOSİAL
17:03 13.08.2018
3071
Salyan rayonunda 36 yaşlı qadın qidadan zəhərlənib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, rayonun Yenikənd kənd sakini, 1982-ci il təvəllüdlü Gülnar Əli qızı Məmmədova ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Qadına qida zəhərlənməsi diaqnozu qoyulub. Vəziyyəti ağır olan 36 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. 

Yaxınlarının verdiyi məlumata görə, qadın bir neçə gün əvvəl qarpız və pomidor yedikdən sonra səhhətində problem yaranıb. Zəhərlənmənin də bu qidalardan yarandığı ehtimal edilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 
OXŞAR XƏBƏRLƏR