Bakıda 26 yaşlı gənc bıçaqlanıb

Bakıda 26 yaşlı gənc bıçaqlanıb
SOSİAL
22:41 03.07.2019
13170
Bakıda gənc oğlan bıçaqlanaraq ağır xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Ələsgər oğlu Əliyar Əliyev küçəsində bıçaqlanıb. Yaralı taksi vasitəsilə 1 saylı Xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR