Qarşılıqlı nifrət və qütbləşməni durdurmaq...

Qarşılıqlı nifrət və qütbləşməni durdurmaq...
KÖŞƏ
15:54 16.03.2018
1708

Zahid Oruc

Millət vəkili


Avraam Linkolnu təkcə ona görə sevmirlər ki, o Şimal və Cənubu birləşdirdi, uzun müddət davam edən vətəndaş müharibəsini durdurmağa nail oldu və bununla da Amerika dövlətinin çöküşünə imkan vermədi, onu həm də düşmənlərini dost etməyi bacardığı üçün pərəstiş ünvanına çeviriblər.


Bildiyiniz kimi, sadə bir fermer oğlunun məqsədyönlü və usanmaz əməyi onu bir ölkənin prezidentinə çevirmişdi. Ona görə də fəhlə sinfindən gələn qəlbiyumşaqlıq və barış hissi onun verdiyi qərarlara da təsirini göstərirdi. Gerçəkdən də biz öz zamanını qabaqlayan davranışlardan danışırıq.

Seçkilərdə rəqibi və onu hər cür həqarətlə aşağılayan, ünvanına söyüşlər yağdıran bir adamı gətirib hökumətdə vəzifə vermək o dövr üçün ağlasığmaz sayılırdı.Axı, yalnız 20-ci əsrdə siyasi tolerantlıq kəlməsi dəbə düşüb.


Bizsə, Linkolna zahiri görkəmindən siyasi əbasına qədər tənə edən adamın hərbi nazir təyin olunması kimi qeyri-adi gedişdən bəhs edirik. Ona görə də"düşmən üzərində qələbəni onu müttəfiqə çevirməklə”həyata keçirənlər təkcə bir seçkini deyil, zamanın özünü udurlar.


Azərbaycan nümunəsində siyasi səbir və dözüm limitinin aşağı düşdüyünü deyənlər çox haqlıdılar. Deməli, filosoflar demiş, onun qnoseoloji kökləri var.

Dini, milli və sosial fərqlərə baş vurmadan cəmiyyətin halını təhlil etsək, virtual məkana daşınan aqressiyadan çıxış edərək, alt qatda gedən gizli proseslərin mahiyyətini düzgün qiymətləndirməyin vacibliyini dərk etməliyik. Lakin"qəza yastığı”nı işə salıb qarşılıqlı nifrəti və qütbləşmənin dərinləşməsini durdurmağa nail olmaq lazımdır.


Biz sözdən həyata enəndə hər gün ətrafımıza kin-küdurət səpə bilmərik. Texnoloji tərəqqinin gətirdiyi yenilikləri hər kəs əlində silaha çevirirsə, bir gün o mütləq gerçək toqquşmalara yol aça bilər.


Ona görə də siyasət adamları özünü əşirət başçısı kimi aparmamalı, qisasçılığı və nifaqı stimullaşdırmamalıdır.Elə isə biz vətəndaş sülhünü nədə görürük?

Hətta Novruz tonqalına belə atıb yandırmağa gücümüzün çatmadığı tanımazlıq və inkar siyasətini düşmənə deyil, bir-birimizi vurmağa bükülmüş əllərin açılması şərtlərini bizdən gözləyin.


Seçkiyə gedən yolumuz qəlbləri qırmaqdan deyil, qurmaqdan keçəcək!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antalyada zəncirvari qəza: 26 yaralı
12:52 01.07.2025
Antalyada zəncirvari qəza: 26 yaralı
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
12:48 01.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
12:35 01.07.2025
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
12:26 01.07.2025
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
12:17 01.07.2025
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
12:05 01.07.2025
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
12:01 01.07.2025
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
11:50 01.07.2025
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
11:41 01.07.2025
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
11:31 01.07.2025
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
11:30 01.07.2025
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
Danışmağı ən çox sevən 4 BÜRC
11:27 01.07.2025
Danışmağı ən çox sevən 4 BÜRC
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
11:24 01.07.2025
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
11:24 01.07.2025
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Vüsalə Səid vəzifəsindən ayrıldı
11:22 01.07.2025
Vüsalə Səid vəzifəsindən ayrıldı
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi
11:21 01.07.2025
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi