"Qarşıya qoyulan vəzifələr çox böyük faizlə yerinə yetirilib"

"Qarşıya qoyulan vəzifələr çox böyük faizlə yerinə yetirilib"
SİYASƏT
14:09 12.07.2014
1236

Xəbər verdiyimiz kimi, iyulun 10-da Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın uğurlu inkişafının təmin edilməsi, ölkənin valyuta ehtiyatlarının 54 milyard dollara çatması, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatların aparılması, ordu quruculuğu prosesinin uğurla həyata keçirilməsi, ölkədə kənd təsərrüfatının inkişafının dünyanın aparıcı təcrübəsinə əsaslanması ilə bağlı mühim fikirlər səsləndirib.

Millət vəkili Aydın Mirzəzadə AZXEBER.COM-a açıqlamasında Prezidentin fikirlərini şərh edib. O deyib ki, son altı ayda Azərbaycanın iqtisadi artımı 2.1 faiz təşkil edib və bu heç də kiçik rəqəm deyil:
"Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı bu gün çox böyük müzakirə mövzusudur. Çünki vaxtaşırı keçirilən bu tədbirlərdə ölkənin sosial-iqtisadi inkişafına yekun vurulur və qarşıda duran vəzifələr müzakirə edilir. Ölkə başçısının çıxışında və sonradan hökumət üzvlərinin prezident qarşısındakı məruzəsində Azərbaycanın iqtisadi inkişafının sürətlə getdiyi göstərilir. Son altı ayda Azərbaycanın iqtisadi artımı 2.1 faiz təşkil edib. Qeyd edim ki, bu heç də kiçik rəqəm deyil. Çünki Azərbaycanın dövlət büdcəsi 26 milyard, valyuta ehtiyatı isə 55 milyard ABŞ dollarına çatıb. Ümumiyyətlə qarşıya qoyulan vəzifələr çox böyük faizlə yerinə yetirilib".
Millət vəkili həmçinin qeyd edib ki, paytaxt Bakıda olduğu kimi regionlarda da inkişaf gedir: 
"Azərbaycanda regionların sosial-iqtisadi inkişafı durmadan artır, ölkəmizin infrastrukturu yenilənir, yol infrastrukturu kökündən dəyişir. Həmçinin ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı böyük işlər görülür. Ötən il Azərbaycan sahibkarlarına aşağı faizlə 300 milyon dollar kredit verilib. Bu da kiçik və orta biznesin inkişafına böyük dəstəkdir. Eyni zamanda Azərbaycanın xarici ticarət əlaqələri durmadan artır. Artıq 100-dən çox ölkə ilə xarici ticarət əlaqələrimiz mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin iclasın sonunda bu inkişaf sürətini artırmaq, tempini yüksəltmək, inflyasiyanı 1.6 faiz həddində saxlamaq barəsində tapşırıqları hesab edirəm ki, icra strukturları qarşısında böyük vəzifələrdir. Bütün bunlar əhalinin sosial vəziyyətinin artmasına gətirib çıxarır. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 440 manata çatıb. 2003-cü ildən bəri 1 milyon 300 min yeni iş yeri açılıb. Bunun 1 milyonu daimidir. Ötən 6 ay ərzində 60 mindən çox yeni iş yeri açılıb ki, bu göstərici artmaqda davam edir. Maraqlısı ondan ibarətdir ki, iş yerləri artıq yüksək intellektual hazırlıq və texnologiyalar tələb edən edən yerlərdir. Bu da Azərbaycan iqtisadiyyatı üçün yenidir. Yəni, Azərbaycan artıq onun üçün ənənəvi olmayan iqtisadiyyat sahələrinin inkişafına da diqqət edir. Hesab edirəm ki, ötəngünkü iclas və səslənən rəqəmlər Azərbaycanın inkişaf xəttinin düzgün götürüldüyünə və bundan sonra da bir dövlət kimi daha da qüdrətlənməsinə dəlalət edir".
Günel, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək