Bərdədə qatar traktoru vurub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib. Qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.
Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.