Azərbaycan Respublikasının məhkəməsinin qərarı ilə təsdiq olundu ki, "Qavaldaş nağara” ideyası və əsəri Natiq Şirinova məxsusdur.
AZXEBER.COMxəbər verir ki, bunu Xalq artisti Natiq Şirinov bildirib.
O qeyd edib ki, məhkəmə qərarına əsasən müəllif hüququnu pozaraq hazırlanmış "Qavaldaş nağara” maketi məhv edilib və cərimə ödənilib.
"Bu hadisə bir daha göstərir ki, başqasının ideyasını mənimsəmək mümkün deyil.
Müəllif hüquqlarımızı pozan hər kəs bilməlidir: bu məsələlər qanun qarşısında həll olunur və olunacaq. Sənətə və müəllif hüquqlarına hörmət hər kəs üçün dərs olmalıdır".