Qax sakini torpağına çıxarış ala bilmir - VİDEO

Qax sakini torpağına çıxarış ala bilmir - VİDEO
SOSİAL
01:38 15.07.2026
87
Qax sakini Şaban Ömərov uzun illərdir, istifadəsində olan torpaq sahəsinə çıxarış ala bilmədiyini deyir. Onun sözlərinə görə, ailəsinə torpaq islahatları zamanı ayrılmış 42 sot torpaq sahəsi bu gün də faktiki istifadəsindədir. Buna baxmayaraq, sənədləşdirmək mümkün olmur.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, torpaq sahəsi ilə bağlı arxiv çıxarışları, islahat komissiyasının qərarı və bələdiyyə arayışları mövcuddur.

Sənədlərdə göstərilir ki, sözügedən torpaq sahəsi ailəyə islahat dövründə ayrılıb və həmin vaxtdan torpaq vergisi də mütəmadi olaraq ödənilir. Amma sənədləşmə zamanı məlum olub ki, torpaq başqa şəxsin adınadır.

İddiaya görə, məhkəmə qərarı ilə digər vətəndaşın dövlət aktı ləğv edilsə də, Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin qeydiyyat hələ də qalır. Nəticədə torpaq sahəsi sistemdə başqa şəxsin adına göründüyü üçün çıxarışın verilməsi mümkün olmur.

Məsələ ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsdən "Xəzər Xəbər”ə bildirilib ki, müraciətdə qeyd olunan uyğunsuzluqlar artıq aradan qaldırılıb və bu barədə vətəndaşa məlumat verilib. Odur ki, torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün vətəndaş hüquqmüəyyənedici sənədlərlə Şəki Ərazi idarəsinə müraciət etməlidir.

OXŞAR XƏBƏRLƏR