Qaxda 24 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlandı

KRİMİNAL
18:30 10.03.2019
5044
Bu gün Qax rayonunun Şotavar kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Asif oğlu Musazadə belin sol tərəfinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən ONA-nın şimal-qərb bürosuna bildirilib ki, müayinə zamanı O. Musazadə həmkəndlisi tərəfindən bıçaqlandığını bildirib.

O. Musazadəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır

OXŞAR XƏBƏRLƏR