Qaxda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, 3 avtomobilin toqquşması nəticəsində "VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də "Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.