Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib

Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib
SOSİAL
10:19 16.10.2016
1022
Qaxda at təpikləyən iki uşaq anası ağır xəsarət alıb. 
Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, oktyabrın 15-i axşam saat 19 radələrində rayonun Tanqıt kənd sakini, 1981-ci il təvəllüdlü Tünzalə Əhliman qızı Hünbətova kəllə-beyin travması, beyin silkələnməsi və qulaq seyvanının cırığı xəsarəti ilə xəstəxanaya daxil olub.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tünzalə Hünbətovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR