Qaxda fındıq yığmağa gedən 88 yaşlı kişi itkin düşdü

SOSİAL
15:33 05.09.2019
4764
Qaxda 88 yaşlı kişi itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Ləkit kənd sakini, 1931-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyev sentyabrın 1-i səhər saatlarında zəmbil götürərək fındıq yığmağa gedib və indiyə kimi geri qayıtmayıb.

Həmin gündən itkin düşən şəxs kənd sakinləri tərəfindən axtarılsa da hələ də tapılmayıb.

Yaxınları A.Ağamalıyevin itkin düşməsi barədə Qax rayon Polis Şöbəsinə və aidiyyatı qurumlara məlumat veriblər.

OXŞAR XƏBƏRLƏR