Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var
HADİSƏ
17:47 07.06.2025
474
Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR