Qaxın Suskənd kəndi ərazisindəki meşə massivində yanğın baş verib.
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, Dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın söndürülüb. Hadisə nəticəsində meşə zolağında 0.5 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.