Qaxda motosiklet qəzaya uğrayıb, sürücü ölüb

Qaxda motosiklet qəzaya uğrayıb, sürücü ölüb
SOSİAL
11:37 28.09.2024
182
Qax rayonunda motosiklet qəzaya uğrayıb, sürücü ölüb.

Hadisə səhər saatlarında Zəyəm kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qax rayonunun Qarabaldır kənd sakini, 31 yaşlı Sənan İdrisli idarə etdiyi motosiklet aşırıb. O, qəza nəticəsində başından ağır xəsarətlər alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Sənan İdrislinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR