Qaya parçaları Quba-Xınalıq yolunu bağladı

Qaya parçaları Quba-Xınalıq yolunu bağladı
SOSİAL
10:32 16.06.2023
146
Ötən gün axşam saatlarından etibarən Quba rayonunun dağlıq ərazilərinə leysan xarakterli yağış yağıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, yağış sularının gətirdiyi qaya və daş parçaları Quba-Xınalıq yolunda hərəkəti məhdudlaşdırıb.

Hazırda yolun 50-57-ci km-də hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.
Quba Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hərəkətin qısa zamanda bərpası istiqamətində işlər davam etdirilir. 
OXŞAR XƏBƏRLƏR