Müğənni və rəqqasə Sevda Sanəliyeva İnstaqram sosial şəbəkəsində yeni fotosunu paylaşıb.
AZXEBER.COM xəbər verir ki, fotodan şənətçinin şəkildə hamilə olduğu diqqət çəkib. İzləyiciləri bu münasibətlə onu təbrik edib və S.Sanəliyeva isə təşəkkürünü bildirib.
Xatırladaq ki, S.Sanəliyeva bu ilin iyununda iş adamı ilə ailə həyatı qurub. Bununla belə, o, bəlli olmayan səbəblərdən toyunun olmasını inkar etmiş, bunu yalan adlandırmışdı.
Gecce.az-a özəl açıqlama verən sənətçi sözügedən şəkildən danışıb.
"Bəli ana olacam.Doğulacaq övladım 3 aylıqdır.Gələn ilin mart ayında dünyaya göz açacaq.Toy xəbərimi bəzi səbəblərdən gizlətdim. Amma hərkəs bilir ki,qayda-qanunla ərə getmişəm.Nikah şahidimdə yaxın rəfiqəm, teleaparıcı Lalə Əlimuxtarova olub. Övladımın cinsiyyətini isə gələn həftə biləcəm".
