O, velosiped şəkli çəkilmiş yerdə avtomobil saxlayan sürücünü cəzalandırmaq üçün onun "Mercedes"inin üzərindən BTR-lə keçib. Bütün bu prosesi videoya çəkən bələdiyyə sədri bu addımla avtomobillərini qadağan olunmuş yerdə saxlayan sürücülərin gözünü qorxutmaq istəyir.
Zukokas deyib ki, uzun müddətdir ki, paytaxt sakinləri ona çoxsaylı şikayət məktubları yazır və o da bu məsələni həll etmək qərarına gəlib.
Qeyri-adi aksiyadan sonra bələdiyyə sədri məsələdən xəbər tutan 43 yaşlı maşın sahibinin sadəcə əlini sıxır və bir daha avtomobilini səhv yerdə saxlamamağı tövsiyə edir. Yararsız avtomobil aparıldıqdan sonra isə o, yerdəki şüşə qırıntılarını süpürür və velosipedinə minərək hadisə yerindən uzaqlaşır.