"Qayıdış" xarici ölkəyə satılan ilk serial oldu

"Qayıdış" xarici ölkəyə satılan ilk serial oldu
MƏDƏNİYYƏT
15:53 07.05.2025
871
"Xəzər Media Mərkəzi"nin Azərbaycanda istehsal etdiyi "Qayıdış" serialı Qazaxıstanda yayımlanacaq.

AZXEBER.COM xəbər verir ki, layihə xarici ölkəyə satılan ilk serial ünvanını qazanıb.
 
Serial Qazaxıstan və Özbəkistan üçün uyğunlaşdırılaraq qazax və rus dillərində nümayiş olunacaq.

Qazaxıstanda serial Qfilm, BeeTV, Alma+, TV+, Tele2, Unico Play proqramlarında, həmçinin Koktem TV kanalında mövcud olan Qazaqşa kitabxanasına daxil edilib.
 
Həmçinin 18 seriya artıq özbək dilinə tərcümə olunub və Özbəkistandakı premyerası gələn həftə "Click" platformasında baş tutacaq.

Xatırladaq ki, serialın baş rollarında Kənan MM, Aqil M. Quliyev və Günay Həsən çəkilib.

Aysel


 


OXŞAR XƏBƏRLƏR