“Qayınana”nın ssenaristi vəfat etdi

“Qayınana”nın ssenaristi vəfat etdi
MƏDƏNİYYƏT
10:55 06.01.2026
375
Ssenarist Marqarita Maleyeva vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə aktyor Cavanşir Hadiyev sosial şəbəkə hesabında məlumat yayıb. 

Xatırladaq ki, M.Maleyeva Azərbaycan SSR xalq artisti, kinorejissor, ssenarist, mərhum aktyor Əjdər İbrahimovun həyat yoldaşı idi. O, xüsusilə "Qayınana” filmində ssenari müəllifi kimi iştirak edib. Filmin kinossenarisini rejissor Əjdər İbrahimovla birlikdə yazıb. Bundan başqa, Marqarita Maleyeva "Qəribə adam”, "Narahat adam” və bir sıra filmlərin ssenari müəllifi olub.

Qeyd edək ki, Əjdər İbrahimov 1993-cü ildə, 74 yaşında vəfat edib.
OXŞAR XƏBƏRLƏR