Qayınanası ilə dalaşan gəlin özünü yandırdı - Azərbaycanda

KRİMİNAL
15:08 11.05.2014
2368

Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qağaclı kəndində 1977-ci il təvəllüdlü Nəsirova Sevil Möhübbət qızı özünü yaşadığı evin həyətində yandırıb. Qadın ailə üzvlərinin gözü qarşısında üstünə benzin tökərək özünə od vurub. Ağır vəziyyətdə Kürdəmir şəhər Mərkəzi Xəstəxanasına gətirilən 37 yaşlı kənd sakini daha sonra təcili tibbi yardım avtomobili ilə Bakıya göndərilib. Bakıda 5 saylı şəhər xəstəxanasına yerləşdirilən S.Nəsirovanın vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. S.Nəsirova qayınanası ilə uzun müddət imiş ki, problem yaşayırmış. Dünən növbəti dəfə onlar mübahisə ediblər və bundan sonra Sevil Nəsirova əsəbi halda özünü yandırıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR