Qayınanası "Toppuş bacı" haqda görün nə dedi?

Qayınanası "Toppuş bacı" haqda görün nə dedi?
MAQAZİN
01:16 29.09.2016
5989
Qayınanası Sevinc xanım əməkdar artist Tünzalə Əliyevanın ünvanına təriflər yağdırıb.
 
Axşam.az-ın məlumatına görə, o, "10-dan sonra” verilişinə zəng edərək, bunları deyib: "Biz gəlin-qayınana yox, ana-bala, dostuq. Tünzalə yaxşı gəlindir. O, mənimlə "sizlə” danışır. İnanmazsınız, bizim aramızda heç vaxt inciklik olmayıb”.
 
"Toppuş bacı” ləqəbli aktrisa da qayınata və qayınanasından söz açıb: "Qayınanam ürkək qadındır. Əllərindən öpüləcək biridir. Nə olsun ki, tanınmışam, kənddə hamı bilir kimin gəliniyəm. Ora gedəndə bir dəfə şalvar geyinməmişəm. Həmişə geyimimə fikir verirəm, hörmətim də yaxşı olub. Kəndin ab-havasına uyğunlaşıram”.
OXŞAR XƏBƏRLƏR