“Qayınatam azərbaycanlı hamilə qadınlara təcavüz edirdi” - Ermənidən şok etiraf

“Qayınatam azərbaycanlı hamilə qadınlara təcavüz edirdi” - Ermənidən şok etiraf
SOSİAL
10:15 27.11.2018
3416
Nelli adlı bir erməni qadın Qarabağda döyüşçü olmuş qayınatasının hamilə qadınlara qarşı etdiyi vəhşilikdən danışıb. O, qayınatasının danışdıqlarını ağlayaraq etiraf edib.

''Qayınatam Qarabağda hamilə qadınlara təcavüz edib, onları öldürürdü''.

Bunu erməni qadın deyib.

Onun qandonduran etirafları hər kəsi şoka salıb.

Ukrayna telekanallarından birində yayımlanan "Ekstrasenslər araşdırma aparır" verilişində iştirakçılardan biri olan Nelli adlı erməni qadın ermənilərin azərbaycanlılara, xüsusilə hamilə qadınlara qarşı törətdikləri vəhşiliyi göz yaşları içərisində etiraf edib.

Verilişin gedişatı zamanı ekstrasenslər erməni qadının evində baş verən bədbəxtliklərin səbəbini axtaran zaman maraqlı anlar yaşanıb. Belə ki, ekstrasens Suren Culakyan gözləri qarşısında canlanan dəhşətli mənzərədən çox təsirlənir.

Bundan sonra erməni qadın Nelli hər şeyi ağlayaraq etiraf edib.

Nelli deyib ki, keçmiş döyüşçü olan qayınatası hələ bu azmış kimi, etdiyi vəhşiliklə fəxr edib.

Görünən odur ki, erməni qadın öz etirafları ilə ermənilərin vəhşi xislətini bir daha aşkara çıxarmış oldu.

AZXEBER.COM Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

 

OXŞAR XƏBƏRLƏR