Qaz partlayışında yaralanan qadın üç gün sonra öldü

Qaz partlayışında yaralanan qadın üç gün sonra öldü
SOSİAL
11:35 17.11.2020
503
Gəncə şəhərində evdə partlayışda xəsarət alan qadın vəfat edib. 

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, noyabrın 13-də şəhər sakini, 1962-ci il təvəllüdlü Gülnarə Əliyeva yaşadığı evin qaz sobasını yandıran zaman baş vermiş qəfil partlayış nəticəsində ağır xəsarətlər alıb. 

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, noyabrın 16-da orada vəfat edib. 

Faktla bağlı prokurorluqda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR