Qaz pulunu ödəyə bilməyən Əlisa Nicatın yaşadığı ev - VİDEO

Qaz pulunu ödəyə bilməyən Əlisa Nicatın yaşadığı ev - VİDEO
SOSİAL
13:51 01.12.2022
505
Xəbər verdiyimiz kimi "Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
 
AZXEBER.COM xəbər verir ki, bu gün  Şahbaz Xuduoğlu yenidən yazıçının evində olub. O bu haqda sosial şəbəkə hesabında paylaşım edərək Əlisa bəyin evinə usta apardığını və vəziyyətin acınacaqlı olduğunu bildirib: "Əlisa Nicata baş çəkdim. Ustalarla birlikdə. Evə istilik sistemi lazımdır. Bu məqsədlə kombi və radiatorlar alınmalıdır. Evin ümumi vəziyyəti acınacaqlıdır amma qışı yola vermək üçün istilik sistemi vacibdir. Bu gün ustalar lazım olan avadanlıqları alacaq sabah işə başlayacaqlar. Yardım etmək istəyən Əlisa Nicatın kartına pul keçirə bilər. 
 
6768 6771 7676 6289
Kapital bank
Əlisa Hüseynov
 
Əlisa Nicatın evindən çəkilən görüntüləri təqdim edirik:
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR