Qazanan Azərbaycan, Azərbaycan vətəndaşları olacaq!

Qazanan Azərbaycan, Azərbaycan vətəndaşları olacaq!
İQTİSADİYYAT
11:54 06.06.2017
1807
Heç kimə sirr deyil ki, hər bir biznes və fərdi təşəbbüskarlıq öz səciyyəsinə görə, müxtəlif qruplara ayrılır. Bu qruplardan biri də ailə biznesidir. Düzdür, müxtəlif dövrlərdə və hazırki müasir şəraitdə bəziləri tərrəfindən tənqid olunan ailə biznesi əslində son dərəcə vacib və hər bir cəmiyyətin inkişafı üçün olduqca mühüm əhəmiyyətə malikdir. Uzağa getməyək, Ümümdünya Ticarət Təşkilatının son hesabatında qeyd olunur ki, dünyada ən inkişaf etmiş və dayanıqlı şirkətlər məhz ailə biznesi qrupuna aid olan şirkətlərdir.
 
İstehsal, satış və xidmət sahəsində təkcə gəlirin deyil, həm də imicin qorunması, uzun illər toplanmış olan kapitalın sayəsində daha az kredit tələbatının yaranması, qərarlar verilərkən ümumi dəyərlərin əsas götürülməsi, bürokratik əngəllərin aradan qalxması, ailə üzvləri arasında xarakterik uyğunluqların olması və bir-birinə münasibətdə güzəşt edilməsi və çoxlu sayda bu kimi nümunələr ailə biznesinin müsbət mənada aktivinə yazılan məqamlardır.
 
Misal üçün bu gün Almaniyada fəaliyyət göstərən şirkətlərin 75, Fransada 65, Belçika və İsraildə isə 55 faizi məhz ailə şirkətləridir.
 
Öz iqtisadi inkişafına və rəqabət qabiliyyətinə görə, regionun lider, dünyanın isə önəmli dövlətlərindən birinə çevrilən Azərbaycanda ailə biznesinin yaradılması, inkişaf etdirilməsi günün tələbidir.
 
Prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı bu mənada təsadüfi sayıla bilməz. Przeidentin sərəncamı ilə ailə biznesinin yaradılması üçün dövlət büdcəsindən maliyyə ayrılması ölkə vətəndaşlarının qarşısında böyük imkanlar açacaq.
 
Konkret misallara keçək. Dəfələrlə təcrübədə görmüşük ki, ailənin başçısı qəflətən və ya hər hansı səbəbdən vəfat edir. Evin yeganə gəlir mənbəyi olan kişinin gözlənilmədən dünyasını dəyişməsi ailənin maddi sıxıntılar keçirməsinə səbəb olur. Nəticədə ailənin digər üzvləri, xüsusən həyat yoldaşını əvəz etməli olan xanım dərin pisxoloji sarsıntılar keçirir. Ailə qohumlardan asılı vəziyyətə düşür və bir müddət sonra qohumlar arası münasibətlərdə də ciddi soyuqluqlar yaranır. Bu cür mühitdə böyüyən uşaqlar bütün həyatı boyu bu psixoloji sarsıntılardan xilas ola bilmirlər. Onların arasında gələcəkdə ciddi uğurlar qazanmış şəxslər də olur ki, rəsmi və qeyri-rəsmi müzakirələrdə, mətbuata müsahibələri, sosial şəbəkələrdə paylaşımları zamanı keçmişin "dərin kompleksləri”ni, o çətinliklərin doğurduğu psixoloji fəsadları dilə gətirirlər. Əgər ailənin təməli qurularkən bu məqam nəzərə alınsaydı, heç olmasa xırda ailə biznesi qurulsaydı, ana və övladlar ciddi maddi sıxıntılar keçirməz, heç olmasa minimal maddi ehtiyaclarını ödəyə bilərdilər.
 
Çoxmu az rast gəlmişik atanın və ya ananın vaxtilə yaratmış olduğu kiçik müəssisədə uğur qazanan, böyük biznes nailiyyətləri əldə edən insanlara?! Yoxsa onların əldə etdiyi biznes uğurları yüzlərlə digər ailənin gəlir əldə etməsi və ya işlə təmin olunması demək deyil?! Bu həm də ölkə iqtisadiyyatının inkişafı, daha artıq vergi daxilolmaları, sosial təminatın yüksəlməsi, gələcəkdə təqaüd almaq üçün bazanın yaradılması, bir sözlə yüzlərlə ailənin maddi rifah halının yüksəlməsi deməkdir. Cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında təşkil olunan ailə biznesinin yaradılması istiqamətində tədbirlərin təşkilində hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət düşür. Biz jurnalistlərin məsuliyyəti bu işləri davamlı olaraq təbliğ etmək, əhalini maarifləndirmək, onların bu prosesdə iştirakına nail olmaq, təşviq etmək, təbliğat aparmaq, bu istiqamətdə düzgün ictimai rəy formalaşdırmaqdır. Hüquqşünasların və iqtisadçıların işi məsələnin detalları barədə onları məlumatlandırmaq, istiqamət vermək, dövlət qurumlarının vəzifəsi isə prosesdə şəffaflığı təmin etmək, ictimaiyyəti ruhlandırmaq olmalıdır.
 
Bütün hallarda bu proses faydalıdır və hamılıqla Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daha bir uğurlu islahata dəstək olmaqla, ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açılmasına nail olmalıyıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb