“Qazandığımızdan az xərcləməliyik” - İlham Əliyev

“Qazandığımızdan az xərcləməliyik” - İlham Əliyev
SİYASƏT
01:28 14.02.2016
1514

“Azərbaycan siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan az xərcləməliyik”.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.

Onun sözlərinə görə, ən böyük investisiya layihələri, o cümlədən, enerji layihələri Azərbaycanın və tərəfdaşlarının öz resursları sayəsində həyata keçirilir:

“Ona görə də biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik. Nəzərə alsaq ki, bu müddət ərzində Azərbaycan əsaslı maliyyə resursları toplayıb, hətta neftin qiymətinin kəskin düşməsi bizim iqtisadiyyatımıza təsir edə bilməz. Ötən il biz ÜDM-də 1 faizdən artıq artım və qeyri-neft sektorunda 8 faizdən artıq artım əldə etdik. Bu iqtisadiyyatın şaxələndirməsi və qeyri-neft sektoruna qoyulan vəsait sayəsində baş verdi. Təbii ki, regiondakı ümumi vəziyyət də bizim üçün vacibdir. Dayanıqlı inkişaf bizim məqsəd və hədəfimizdir. İqlim təhlükəsizliyinə gəldikdə isə, bayaq dediyim kimi, bizim Kioto protokolu qarşısında öhdəliyimiz yoxdur. Lakin bizim iqtisadi siyasətimiz, alternativ enerji mənbələrinə investisiyamız, 10-dan artıq hidroelektrik stansiyalarının tikilməsi, bizim bu sahədəki töhfələrimizin göstəricisidir. Əgər biz bu gün tərəfdaşlarımızla birlikdə neft və qaza investisiya qoymasaydıq, bu gün bizim elektrik stansiyalarımız, Sovet dövründəki kimi, mazut yandırmaqla istismar olunardı. Bu gün bizim bütün elektrik stansiyalarımız təbii qaz və ya su ilə işləyir. Bu neft və qaz sahəsinə edilən yatırım sayəsində oldu ki, nəticədə, karbon qazı tullantıları azaldı. Bunlar hamısı bir-biri ilə bağlıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb