Qazaxıstanın "Qazaq Air" aviaşirkəti sığorta təminatı olmadığı üçün Rusiyaya uçuşları dayandırıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.
"Qazaq Air" sığorta təşkilatından Rusiya ərazisində və onun hava məkanında sığorta təminatının verilməməsi barədə bildiriş alıb. Bu vəziyyətlə əlaqədar olaraq aviaşirkət Rusiya ərazisində sığorta təminatı məsələsi həll olunana qədər Rusiyaya uçuşlar həyata keçirə bilmir", - deyə aviaşirkətdən bildirilib.