Qazax istiqamətində erməni kəşfiyyatçısı ələ keçirildi - FOTO

Qazax istiqamətində erməni kəşfiyyatçısı ələ keçirildi - FOTO
SİYASƏT
11:38 15.07.2018
10741
İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. 
 
AZXEBER.COM Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.
 

 


OXŞAR XƏBƏRLƏR