Qazaxıstanın Şımkent şəhərindəki beşulduzlu "Rixos Dahisa" otelində "ilin toyu" adlandırılan toy olub.
AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, milyarder iş adamı Srikjan Seytjanovun nəvəsi Amirjan ilə milyarder Kayrat Satıbaldının qızı Arujan evləniblər.
Toyda qonaqlara 200 min dollarlıq tort təqdim olunub. Toyu postsovet məkanının ən məşhur konditeri, rusiyalı Rinat Aqzamov hazırlamışdı.
Qəsr formasında olan tortda iki atlı kareta hərəkət edib. Karetadan bəylə gəlin çıxıblar və qəsrə daxil olublar. Onlar liftlə qalxıblar, sonra eyvanlardan birinə çıxıblar.
Qəsr təki, atlar, kareta, hərəkət edən bəylə gəlin fiqurları da şirniyyatdan, karameldən və şokoladdan hazırlanmışdı.
Bu unikal tortun diametri 3 metr, hündürlüyü 4,2 metr, çəkisi 1500 kq idi. Rusiyadan hazırlanmış tort Şımkənt şəhərinə xüsusi təyyarə ilə aparılmışdı.