Qazax rayonunda avtomobil qəzası olub, bir neçə nəfər xəsarət alıb.
AZXEBER.COM-un məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlar Qazax rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.