Bu gün Qazaxın orta məktəblərindən birində bomba həyəcanı yaşanıb. Naməlum şəxs 102 xidmətinə zəng vuraraq Qazax rayonunun mərkəzində yerləşən 1 saylı tam orta məktəbə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Bundan sonra məktəbdə böyük təlaş yaranıb.Dərhal məktəbin yerləşdiyi əraziyə rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu gəlib. Bundan başqa yaxınlıqda yerləşən hərbi hissələrin və ANAMA-nın xüsusi mina axtaranları hadisə yerinə cəlb edilib. 3 saata yaxın davam edən axtarış nəticəsində məktəb ərazisində hər hansı partlayıcı qurğuya rast gəlinməyib.Araşdırmalar nəticəsində 102 xidmətinə zəng vurub yalnış məlumat verən şəxsin kimlyi müəyyən edilib. Bu, vaxtı ilə elə həmin məktəbdə təhsil alan 18 yaşlı Bayramov Həsrət Zirəddin oğlu olub. Şöbədə dindirilən Həsrət 102 xidmətinə yanlış məlumat verməsini etiraf edib.