Qazaxda minik avtomobili TIR-a çırpılıb, xəsarət alanlar var

Qazaxda minik avtomobili TIR-a çırpılıb, xəsarət alanlar var
SOSİAL
16:55 12.07.2020
1037
Qazaxda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

"Opel" markalı avtomobilin "TIR" yük maşınına çırpılması nəticəsində, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Məmmədov və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. Hər iki yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
 
//Report
OXŞAR XƏBƏRLƏR