Qazaxda qəza: İki avtomobil toqquşdu

Qazaxda qəza: İki avtomobil toqquşdu
SOSİAL
16:01 15.08.2026
179
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

10-RS-702 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili ilə 60-CD-598 dövlət nömrə nişanlı "Mercedes" markalı maşın toqquşub.

Qəza nəticəsində xəsarət alan və ya həyatını itirən olmayıb. Lakin toqquşma zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır. 
 
//Bakıvaxtı.az 
OXŞAR XƏBƏRLƏR