Qazaxda rəis müavini və bölmə rəisi tutduğu vəzifədən azad olundu

Qazaxda rəis müavini və bölmə rəisi tutduğu vəzifədən azad olundu
SOSİAL
21:50 27.04.2023
216
Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini və Daş Salahlı Polis Bölməsinin rəisi tutduqları vəzifədən azad olunublar.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Belə ki, Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxri Aslanov və Daş Salahlı Polis Bölməsinin rəisi Amil Hacıyev tutduqları vəzifədən azad olunublar.
Hər ikisinin sərəncama götürüldüyü bildirilir.
OXŞAR XƏBƏRLƏR