Qazaxda taxıl sahəsindəki yanğın söndürülüb

Qazaxda taxıl sahəsindəki yanğın söndürülüb
SOSİAL
22:35 19.06.2021
407
Qazax rayon Aslanbəyli kənd ərazisində taxıl sahəsində baş vermiş yanğın söndürülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanğın biçilmiş və biçilməmiş taxıl sahələrini əhatə edib.

Hektarlarla ərazini əhatə edən yanğının söndürülməsi üçün əraziyə Qazax və Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Yanğın nəticəsində dəymiş ziyan araşdırılır.
OXŞAR XƏBƏRLƏR